Əlizadə Məmmədovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Son 25-30 ildə bu sahədə görülən işlər belə deməyə əsas verir. Bu dövr ərzində Azərbaycan həm daxili magistral yollarını əsaslı təmir etmiş və yeni yollar çəkmiş, həm də regional və beynəlxalq müstəvidə mühüm təşəbbüslər göstərmiş və uğurlara imza atmışdır. Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafına, tranzit ölkə kimi əhəmiyyətinin daha da artmasına öz müsbət təsirini göstərməkdədir.
Cənab Prezident, “Cəlilabad rayonunun Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 14 aprel tarixli Sərəncamınız rayonumuz üçün mühüm əhəmiyyət daşıyır. Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun çəkilməsində göstərdiyiniz qayğıya görə Sizə vətəndaşlar adından dərin təşəkkürümü bildirir, daim firavan həyat arzulayıram.
Hörmətlə,
Əlizadə Məmmədov
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Əliabad kəndi.