21:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində “orqan (qurum)” dedikdə öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər hərbi vəzifəlilərə və çağırışçılara münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur;
1.3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 49.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 49-cu maddəsinin “Qeyd” hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 49.5-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun 49.5-ci maddəsinin birinci cümləsində (hər iki halda) və 49-cu maddəsinin “Qeyd” hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 49.5-ci maddəsinə uyğun olaraq, həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanı) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.1-ci bənddə “və 45.7-ci maddəsində” sözləri “, 45.7-ci maddəsində, 49.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 49-cu maddəsinin “Qeyd” hissəsində (hər iki halda)” sözləri ilə əvəz edilsin;
3.2. 5.2-1-ci bənddə “və 15.3-cü maddəsinin ikinci cümləsində” sözləri “, 15.3-cü və 49.5-ci maddələrinin ikinci cümlələrində” sözləri ilə əvəz edilsin;
3.3. 5.13-2-ci bənddə “və 17.1.4-cü maddəsində (birinci halda)” sözləri “, 17.1.4-cü maddəsində (birinci halda), 49.5-ci maddəsinin birinci cümləsində (hər iki halda) və 49-cu maddəsinin “Qeyd” hissəsində (hər iki halda)” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli, 19 mart tarixli 355 nömrəli və 1 aprel tarixli 358 nömrəli fərmanları) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.1-ci bəndə “nəzərdə” sözündən əvvəl “və 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 4.49-3-cü bənd əlavə edilsin:
“4.49-3. həmin Məcəllənin 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində “orqan (qurum)” dedikdə öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər hərbi vəzifəlilərə və çağırışçılara münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2025-ci il
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi və ölkənizin qardaş xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan...
21 may 2025, 17:01Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü...
21 may 2025, 16:56Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi...
21 may 2025, 16:51Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
1993-cü ildə müstəqilliyimiz böyük təhlükə ilə üzləşmişdi. Ümummilli...
21 may 2025, 13:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən...
21 may 2025, 12:57Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.
Fürsətdən istifadə...
21 may 2025, 12:39Hörmətli konfrans iştirakçıları!
Sizi – “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankara şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu...
21 may 2025, 11:10