11:00
Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş...
16 dekabr 2025, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 451 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844 (Cild I) ilə təsdiq edilmiş “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5-ci hissənin birinci cümləsində “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq qiymətləndirilərək qiymətləndirmə aktı tərtib edilir” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilir” sözləri ilə əvəz edilsin;
1.2. 6-cı hissənin ikinci cümləsindən “və özəlləşdirmə qiymətləri dəqiqləşdirilir” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 23; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 fevral tarixli 344 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.3-cü bənddə “Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;
2.2. 5.4-cü bənd üzrə:
2.2.1. birinci abzasın ikinci cümləsindən “işləyib” sözü çıxarılsın;
2.2.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“müəssisənin əmlakının inventarlaşdırılması haqqında akt və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirici tərəfindən hazırlanmış qiymətləndirmənin nəticələri haqqında hesabat;”;
2.2.3. yeddinci abzasdan “və qiymətləndirilməsi” sözləri çıxarılsın;
2.3. 6.10-cu bəndin birinci abzasından “və qiymətləndirilməsi” sözləri çıxarılsın;
2.4. 7.4.1-ci yarımbəndin birinci abzasının birinci cümləsinə “yenidən” sözündən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin.
3. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 fevral tarixli 344 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 7-ci hissəsində “qüvvədə olan qanunvericiliyə müvafiq” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun” sözləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 6-cı hissəsində “qüvvədə olan qanunvericiliyə müvafiq” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun” sözləri ilə əvəz edilsin;
3.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisələrinin müflis elan olunma yolu ilə özəlləşdirilməsi Qaydaları”nın 3.4-cü bəndində “qüvvədə olan qanunvericiliyə müvafiq” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun” sözləri ilə əvəz edilsin.
4. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26) 5-ci hissəsi ləğv edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 9, maddə 998) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1.13-cü yarımbənddən “müstəqil” sözü çıxarılsın;
5.2. 4-cü hissə üzrə:
5.2.1. 4.7-ci bəndin ikinci cümləsində “qiymətləndirmə aktını” sözləri “qiymətləndirmənin nəticələri haqqında hesabatı” sözləri ilə əvəz edilsin;
5.2.2. 4.8-ci bəndin birinci cümləsində “Qiymətləndirmə aktı” sözləri “Qiymətləndirmənin nəticələri haqqında hesabat” sözləri ilə əvəz edilsin;
5.3. 7.1.4-cü yarımbənddə “qiymətləndirmə aktının” sözləri “qiymətləndirmənin nəticələri haqqında hesabatın” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263, № 10, maddə 1124) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 5.4.6-cı yarımbəndində “və qiymətləndiricilərlə” sözləri “, qiymətləndiricilər və ya qiymətləndirici təşkilatlarla” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 fevral tarixli 321 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3.0.2-ci yarımbənddən “müstəqil” sözü çıxarılsın;
7.2. 5.4-cü bənddə “qiymətləndirmə aktı” sözləri “qiymətləndirmənin nəticələri haqqında hesabat” sözləri ilə əvəz edilsin;
7.3. 8.1.2-ci yarımbənddən “müstəqil” sözü çıxarılsın.
8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 9, maddə 998) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2.1.3-cü yarımbəndə “qiymətləndirici” sözündən sonra “(qiymətləndirici təşkilat)” sözləri əlavə edilsin;
8.2. 6.1.3-cü yarımbəndə “qiymətləndiricinin” sözündən sonra “(qiymətləndirici təşkilatın)” sözləri əlavə edilsin;
8.3. 8-ci hissə üzrə:
8.3.1. 8.6-cı bəndin birinci abzasına “Qiymətləndiricilər” sözündən sonra “(qiymətləndirici təşkilatlar)” sözləri əlavə edilsin;
8.3.2. 8.6.1-ci yarımbənddə “qiymətləndirmə aktlarını” sözləri “qiymətləndirilməsinin nəticələri haqqında hesabatı” sözləri ilə əvəz edilsin;
8.4. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnaməyə Əlavə”nin adına “qiymətləndiricilərin” sözündən sonra “(qiymətləndirici təşkilatların)” sözləri əlavə edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli və 11 mart tarixli 349 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.47-ci yarımbəndindən “qiymətləndirilməsini və” sözləri çıxarılsın.
10. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 774 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 577 (Cild I) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2025-ci il
Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş...
16 dekabr 2025, 11:00Hörmətli Qurultay iştirakçıları!
Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında salamlayıram.
Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş...
16 dekabr 2025, 10:50Hörmətli cənab Baş nazir,
Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı.
Biz dinc insanlara qarşı...
15 dekabr 2025, 15:08Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi...
15 dekabr 2025, 15:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti...
15 dekabr 2025, 14:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti...
15 dekabr 2025, 14:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan...
15 dekabr 2025, 14:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan...
15 dekabr 2025, 14:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik...
15 dekabr 2025, 14:20Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad...
15 dekabr 2025, 14:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası...
15 dekabr 2025, 14:18Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
15 dekabr 2025, 14:17