“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

15 aprel 2025, 15:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770, № 12 (II kitab), maddə 1338) 96-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissənin birinci cümləsində “bələdiyyələr tərəfindən” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissədə “Bələdiyyə və xüsusi” sözləri “Xüsusi” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 122-VIIQD nömrəli və 2025-ci il 14 fevral tarixli 140-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 307.1-ci maddədə “müstəqil qiymətləndiricilər” sözləri “qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar” sözləri ilə əvəz edilsin;

2.2. 925-ci maddə üzrə:

2.2.1. aşağıdakı məzmunda 925.2-1-ci maddə əlavə edilsin:

“925.2-1. İcbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

2.2.2. 925.4-cü maddəyə “şəxslər” sözündən sonra “, habelə qiymətləndiricilər (qiymətləndirici təşkilatlar)” sözləri əlavə edilsin;

2.3. 1076-9.2-ci və 1076-10.3.5-ci maddələrdən “müstəqil” sözü çıxarılsın.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli və 2025-ci il 3 fevral tarixli 135-VIIQD nömrəli qanunları) 90.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. üçüncü abzasda “məhkəmənin qərarı ilə qiymətləndirildiyi” sözləri “qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi” sözləri ilə əvəz edilsin;

3.2. dördüncü abzas üzrə:

3.2.1. birinci cümlədə “vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada seçilərək” sözləri ilə əvəz edilsin;

3.2.2. ikinci cümlə çıxarılsın;

3.2.3. üçüncü cümlədə “Qiymətləndiricinin xidmətinin dəyəri” sözləri “Qiymətləndirməyə görə xidmət haqqı” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390 (Cild I); 2024, № 12 (II kitab), maddə 1338) 16-cı maddəsinin üçüncü hissəsində “bələdiyyələr tərəfindən” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580 (Cild I); 2024, № 4, maddə 371) 24-cü maddəsinin birinci cümləsində “müvafiq normativ hüquqi aktlara” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520 (Cild I) 10.1-ci maddəsində “bələdiyyələr tərəfindən” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

Maddə 7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli və 29 dekabr tarixli 119-VIIQD nömrəli qanunları) 51-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 51.1-ci maddə üzrə:

7.1.1. birinci cümlədə “, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi” sözləri “ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi” sözləri ilə əvəz edilsin;

7.1.2. ikinci cümlə çıxarılsın;

7.2. 51.2-ci maddədə “Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər” sözləri “Qiymətləndirməyə görə xidmət haqqı” sözləri ilə əvəz edilsin;

7.3. 51.3-cü maddədə “müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər” sözləri “qiymətləndirməyə görə xidmət haqqı” sözləri ilə əvəz edilsin.

Maddə 8. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 216 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin ikinci cümləsində “təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla,” sözləri “təyinatı əsasında bazar qiyməti nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 9. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461 (Cild I); 2024, № 5 (I kitab), maddə 493) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 10.5-ci maddənin birinci cümləsində “müstəqil qiymətləndiricilər” sözləri “qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar” sözləri ilə əvəz edilsin;

9.2. 38.2-ci maddə üzrə:

9.2.1. altıncı cümlədən birinci halda “müstəqil” sözü çıxarılsın və həmin cümlədə “müstəqil qiymətləndiricilər” sözləri “qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar)” sözləri ilə əvəz edilsin;

9.2.2. yeddinci cümlədə “Müstəqil qiymətləndiricinin” sözləri “Qiymətləndiricinin” sözü ilə, “buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər” sözləri “qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq” sözləri ilə əvəz edilsin;

9.3. 39.3.3-cü maddədə “müstəqil qiymətləndiricinin” sözləri “qiymətləndiricinin” sözü ilə əvəz edilsin;

9.4. 54-cü maddənin mətninə “nəzərə alınmaqla” sözlərindən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin.

Maddə 10. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 376 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 23.1.4-cü və 23.1.5-ci maddələrdən “müstəqil” sözü çıxarılsın;

10.2. 24-cü maddə üzrə:

10.2.1. 24.1-ci və 24.3-cü maddələrdə ismin müvafiq hallarında “Müstəqil qiymətləndirici” sözləri “Qiymətləndirici” sözü ilə əvəz edilsin;

10.2.2. 24.2-ci və 24.4-cü maddələrdən “müstəqil” sözü çıxarılsın;

10.2.3. 24.3.2-ci maddədə “özü tərəfindən qiymətləndirilməsi” sözləri “qiymətləndirilməsinin düzgün aparılmasını müəyyən etmək” sözləri ilə əvəz edilsin;

10.3. 32.4-cü maddədən “müstəqil” sözü çıxarılsın.

Maddə 11. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 6.6-cı maddədə “qiymətləndiricinin” sözü “qiymətləndirici təşkilatın” sözləri ilə əvəz edilsin;

11.2. 8.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.2.2. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları;”;

11.3. 11.8-ci maddədə “və qiymətləndiricisi” sözləri “, qiymətləndiricisi və ya qiymətləndirici təşkilatı” sözləri ilə əvəz edilsin;

11.4. 13.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“13.2.3. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları;”;

11.5. 19.6.2-ci maddəyə “qiymətləndirici” sözündən sonra “(qiymətləndirici təşkilat)” sözləri əlavə edilsin;

11.6. 21.11.2-ci və 21.12-ci maddələrdə “və qiymətləndiricinin” sözləri “, qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın” sözləri ilə əvəz edilsin;

11.7. 26.5-ci maddədə “müvafiq normativ hüquqi və normativ xarakterli aktlara” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;

11.8. 31.1-ci maddənin birinci cümləsində “depozitar, auditor və qiymətləndiricinin” sözləri “depozitara, auditora və qiymətləndiriciyə (qiymətləndirici təşkilata) ödənilən” sözləri ilə əvəz edilsin;

11.9. 32.1.4-cü maddəyə “qiymətləndiriciyə” sözündən sonra “(qiymətləndirici təşkilata)” sözləri əlavə edilsin;

11.10. 47.10.5-ci maddəyə “qiymətləndiriciyə” sözündən sonra “və ya qiymətləndirici təşkilata” sözləri əlavə edilsin.

Maddə 12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli Qanunu) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

12.1. 16.1-ci maddəyə “qiymətləndirilməsi” sözündən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin;

12.2. 16.4-cü maddənin birinci cümləsində “qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis” sözləri “müstəqil ekspert və ya qiymətləndirici” sözləri ilə əvəz edilsin.

Maddə 13. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464 (Cild I); 2024, № 2, maddə 136, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

13.1. 20.5-ci maddə üzrə:

13.1.1. birinci cümlədə “ya ekspert qiymətləndirməsi əsasında, yaxud belə sənədlər olmadıqda müqavilə ilə təsdiqlənən qiymət” sözləri “yaxud qiymətləndirici tərəfindən müəyyən edilən dəyər” sözləri ilə əvəz edilsin;

13.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Yükün dəyərinin qiymətləndirici tərəfindən qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

13.2. 21.5-ci maddənin ikinci cümləsində “ekspert qiymətləndirilməsi” sözləri “qiymətləndirici tərəfindən qiymətləndirilmə” sözləri ilə əvəz edilsin;

13.3. 28.2-ci maddədə “müstəqil qiymətləndiricinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və qiymətləndirmə standartlarına uyğun olaraq, limanın sərhədləri daxilində yerləşən dövlət daşınmaz əmlakının icarə müqaviləsi üzrə istifadəsinin bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatı əsasında” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

Maddə 14. Bu Qanunun 3.2.2-ci və 7.1.2-ci maddələri 2027-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2025-ci il

SƏNƏDLƏR Sərəncamlar 15 aprel 2025
15:41
Apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

15 aprel 2025, 15:41
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2025
15:39
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

15 aprel 2025, 15:39
SƏNƏDLƏR Qanunlar 15 aprel 2025
15:37
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan...

15 aprel 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 14 aprel 2025
11:18
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil...

14 aprel 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:14
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

14 aprel 2025, 11:14
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

14 aprel 2025, 11:10
SƏNƏDLƏR Qanunlar 14 aprel 2025
11:08
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

14 aprel 2025, 11:08
SƏNƏDLƏR Qanunlar 14 aprel 2025
11:04
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri...

14 aprel 2025, 11:04