15 aprel 2025, 17:33

Aləmzər Abdullayeva və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz altında vətənimiz Azərbaycan günü-gündən çiçəklənir. Doğma Gəncəmizdə aparılan genişmiqyaslı quruculuq işlərini qədirbilən gəncəlilər böyük razılıq hissləri ilə qarşılayırlar.

Görülən işlər şəhərimizin sakinlərinə sevinc bəxş edir. Azərbaycanın ikinci böyük sənaye mərkəzi olmaqla yanaşı həm də “Böyük ipək yolu”nun üstündə yerləşən Gəncə ölkəmizin qərbində ən böyük yaşayış massivi olmaqla bərabər dilbər guşədə yerləşir.

Şəhərimizin daha da gözəlləşməsi üçün göstərdiyiniz diqqət və qayğıya görə Gəncə Dövlət Universitetinin pedaqoji kollektivi adından Sizə təşəkkür edir, cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Abdullayeva Aləmzər,

Hüseynova Sevinc,

Əmiraslanov Sərxan,

Məmmədov Mərdan.

Azərbaycan Respublikası, Gəncə şəhəri