İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul etmişdir

17 dekabr 2012, 16:05
İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul etmişdir

Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul etmişdir.

Nik de Bua Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. Məktubda Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, ölkələrimizin qeyri-neft, biznes, ticarət sahələrində əməkdaşlığının daha da genişləndirilməsinə dair məsələlər əksini tapmışdır. Nik de Bua Baş nazir Devid Kemeronun Azərbaycanı Böyük Britaniya üçün çox vacib tərəfdaş ölkə hesab etdiyini dedi. O, Baş nazir Devid Kemeronun Prezident İlham Əliyev ilə XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladığını deyərək bu yarışlarda Azərbaycan idmançılarının uğurlar qazanmasının önəmini vurğuladı. Nik de Bua 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə Devid Kemeronun təbriklərini də dövlətimizin başçısına çatdırdı və ilk Avropa Olimpiya Oyunlarının Bakıda uğurla keçiriləcəyinə əminliyini ifadə etdi

Dövlət başçısı öz növbəsində Böyük Britaniyanın Baş naziri Devid Kemeronla XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Böyük Britaniya arasında uzunmüddətli tarixi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Devid Kemeronun salamlarına və məktubuna görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi. 

SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:03
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                        

Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.            ...

19 noyabr 2026, 10:03
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:02
M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...

19 noyabr 2026, 10:02
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:01
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                           

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...

19 noyabr 2026, 10:01
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41