16 aprel 2025, 13:28

Lalə Məmmədova və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanın hərtərəfli inkişafı yolunda göstərdiyiniz səmərəli fəaliyyət dillər əzbəridir. Bu fəaliyyətin müsbət nəticələrindən qədim Gəncə şəhəri də öz nəsibini almışdır.

Bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan III MDB Oyunları üçün əsas mərkəzin Gəncə şəhəri seçilməsi gəncəlilər üçün çox mühüm hadisədir. MDB idman yarışlarının Gəncədə keçirilməsi şəhərimizin beynəlxalq səviyyədə tanınmasına, onun turizm və idman potensialının açılmasına əhəmiyyətli töhfə verəcəyini düşünürük.

Cənab Prezident, qədim Gəncəyə göstərdiyiniz diqqət və qayğıya, şəhərimizdə aparılan abadlıq və bərpa-quruculuq işlərinə görə öz adımızdan və sakinlər adından Sizə dərindən təşəkkür edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq. Qoy, hər bir addımınız doğma Azərbaycanımıza uğur gətirsin, xalqımızın könlünü xoş etsin.

Hörmətlə,

Lalə Məmmədova,

Ülviyyə Həsənova,

Günay Həsənova,

Elvina Məmmədova

Azərbaycan Respublikası, Gəncə şəhəri.