Elxan Xəlilov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Biz Salyan rayonu Kərimbəyli kənd sakinləri, ilk növbədə, respublikamızda apardığınız uğurlu siyasətə görə Sizə dərin təşəkkürümüzü bildirir, Tanrıdan daim sağlam və uca olmanızı arzu edirik.
Siz əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyev ənənələrinə sadiq qalaraq bir Prezident kimi, bir Rəhbər kimi doğma Azərbaycanımıza, xalqımıza sədaqətlə rəhbərlik edirsiniz. Biz Sizinlə qürur duyur, bütün dövrlərdə Müzəffər Ali Baş Komandanımızın yanında olacağımıza və onu dəstəkləyəcəyimizə söz veririk.
Siz əvəzolunmaz Lider, Vətənini, millətini sevən, ona qəlbən bağlı olan qeyrətli Azərbaycan Oğlusunuz.
Biz – Kərimbəyli kəndinin sakinləri Salyan-Şirvan avtomobil yolunun kənd ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətinin daha yaxşı tənzimlənməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı Sizə müraciət etmişdik. İstəyimiz nəzərə alındı və narahatlıq doğuran məsələlər aradan qaldırıldı. Biz kənd sakinləri göstərilən diqqət və qayğıdan olduqca məmmunuq. Sevincimizin həddi-hüdudu yoxdur.
Cənab Prezident, Sizə bir daha qəlbən minnətdarlığımızı bildiririk. Biz bir daha əmin olduq ki, çətin məqamda güvənə biləcəyimiz dövlətimiz, onun layiqli Prezidenti var. Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız.
Hörmətlə,
Elxan Xəlilov,
Rövşən Hüseynov,
Xosrov Ağayev,
Mansur Xəlilov,
Əlisöhbət Məmmədov və başqaları (71 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.