Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

10 aprel 2025, 15:23

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş dualar qəbul olunsun, bu bayram hər bir ailəyə xeyir-bərəkət gətirsin. Böyük Yaradanımız qəlblərimizi iman ruhu ilə işıqlandırsın, ölkələrimizə sülh, xalqlarımıza həmrəylik bəxş etsin.

Hörmətli İlham Heydər oğlu, yüksək dəyərləri aşılayan bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm.

Səmimi arzularla,

 

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55