11 aprel 2025, 13:20
İvanovka kəndinin sakinləri adından, İsmayıllı, Azərbaycan
Hörmətli cənab İlham Əliyev!
İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün sərəncam verdiyinizə görə Sizə səmimi minnətdarlığımızı bildiririk. Bu mühüm addım məhsuldarlığın artırılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcəkdir. Hal-hazırda aqrar və kənd təsərrüfatında görülən yenidənqurma işləri bizi məmnun edir və qəlbən sevindirir.
Su təchizatı və aqrar sahəyə dəstək məsələlərinə diqqətiniz yüksək tərifə və təşəkkürə layiqdir.
Dərin hörmətlə, İvanovka kəndinin sakinləri adından,
Olqa Zabina
Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi.