Şəhid ailələrinin üzvlərindən, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində yaşayırıq. Həm vətəndaş kimi, həm də şəhid ailəsinin üzvü kimi Sizin diqqət və qayğınızı daim öz üzərimizdə hiss edirik. Sözün həqiqi mənasında, özünüzün də dediyiniz kimi, hər bir vətəndaşın Prezidentisiniz. Çox sağ olun. Yaxşı ki, varsınız.
Sizin tapşırıqlarınıza və imzaladığınız sərəncamlara uyğun olaraq, yerlərdə böyük işlər görülür, vətəndaşları narahat edən məsələlər aradan qaldırılır, əhalinin güzəranı gündən-günə yaxşılaşır. Şəhər və rayonlarda, kənd və qəsəbələrdə mütəmadi surətdə keçirilən vətəndaş qəbulları da bu işlərə mühüm töhfədir. Bu yaxınlarda kəndimizin elektrik enerjisi ilə təchizatında problem yaranmışdı. Qəbulda iştirak etdik və kənd sakinlərini narahat edən məsələ barədə bildirdik. Qısa müddətdə məsələ öz həllini tapdı.
Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minətdarlığımızı bildirir, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
Hörmət və ehtiramla,
Şəhid ailəsinin üzvləri – Svetlana Məmmədova və Dürnisə Rəhimova.
Azərbaycan Respubplikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.