08 aprel 2025, 17:00

Məmməd Məmmədov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Körpü salmaq, yol çəkmək lap qədimdən savab iş sayılıb. İnsanların rahat yaşaması üçün verdiyiniz sərəncamlar, göstərişlər bizi ürəkdən sevindirir. Kənddə yaşasaq da, daimi işıq, su və rabitə xidməti ilə təmin olunmuşuq. Çəkilən yollar rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişimizi asanlaşdırıb. Sizin diqqət və qayğınızı həmişə öz üzərimizdə hiss etmişik.

Yaşadığımız Bəyimsarov kəndinin yolları yararsız vəziyyətdə idi. Yağışlı havalarda böyüklər işə, uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirdilər. Bu günlərdə daha bir problemimiz həll olundu. Kəndimizin yolları qum-çınqıl tökülərək, xüsusi texnikalar vasitəsilə hamarlandı. Daha gediş-gəlişdə çətinlik çəkmirik.

Cənab Prezident, biz kənd əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirməyi özümüzə borc bilirik. Sizə Azərbaycanımızın çiçəklənməsi naminə apardığınız işlərdə uğurlar diləyirik.

Bəyimsarov kənd sakinləri adından, hörmətlə,

Məmmədov Məmməd

Əlizadə R.

Həsənov T.

Əliyeva S.

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.