Təhminə Ədilovadan, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyiniz altında gündən-günə inkişaf edən ölkəmizdə qadınların cəmiyyətdəki rolunun daha da möhkəmləndirilməsi, onların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan qadını hər zaman ailənin, cəmiyyətin və dövlətin inkişafında fəal iştirak etmişdir. Həyata keçirdiyiniz siyasət nəticəsində bu gün qadınlarımız elm, təhsil, səhiyyə, mədəniyyət, idman və dövlət idarəçiliyi kimi sahələrdə böyük uğurlar qazanır. Xüsusi ilə qadınların sosial rifahının yüksəldilməsi, onların hüquqlarının qorunması, biznes və sahibkarlıq sahəsində dəstəklənməsi bizə verilən dəyərin və göstərilən qayğının bariz nümunəsidir.
Biz Sizin diqqət və qayğınızı yüksək qiymətləndirir, buna görə dərin minnətdarlığımızı bildirir, Azərbaycan qadınlarının gələcəkdə də ölkəmizin tərəqqisi naminə fəal iştirak edəcəyinə və Sizin etimadınızı doğruldacağına əminliyimizi ifadə edirik.
Hörmətlə,
Ədilova Təhminə Vüqar qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.