18:50
Hörmətli Mehriban xanım.
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Təbiətin oyanışı, sülh, həmrəylik və əmin-amanlıq yolunda insanlar arasında münasibətlərin möhkəmlənməsini simvolizə edən bu bayram gözəl ənənələrlə və dərin məna ilə zəngindir. Bu əlamətdar bayram hazırda dünyada mühüm aktuallıq kəsb edən qarşılıqlı anlaşmanın, hörmətin və dəstəyin önəmini xüsusi qeyd edir. Qədim tarixə malik və mədəni irsin tərkib hissəsi olan Novruz yenilənmə, dirçəliş və yeni həyat dövrünün başlanğıcının rəmzidir.
Bu gözəl bayram münasibətilə Sizə möhkəm cansağlığı, səadət və Azərbaycan Respublikasının firavanlığı naminə mühüm dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm. Novruzun ölkənizə daha çox sevinc, rifah və əmin-amanlıq gətirməsini arzu edirəm.
Dərin hörmətlə,
İrina Viner
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri
Hörmətli Oljas Süleymenov!
Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə...
17 may 2026, 13:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Dövlətimizin başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm...
17 may 2026, 11:22