Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik

03 aprel 2025, 20:10

Hörmətli İlham Heydər oğlu.

Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu bayram təbiətin oyanmasının, sülh, birlik və əmin-amanlıq yolunda insanlar arasında əlaqələrin möhkəmlənməsinin rəmzidir.

Ənənələrlə və dərin məna ilə dolu bu parlaq bayram müasir dünyada xüsusilə aktual olan qarşılıqlı anlaşmanın, bir-birinə hörmət və dəstəyin vacibliyini xatırladır. Yenilənmə, dirçəliş və yeni həyat dövrünün başlanğıcını simvolizə edən Novruz qədim tarixə malikdir və mədəni irsin tərkib hissəsidir.

Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Qoy Novruz ölkənizə və xalqınıza daha çox firavanlıq və əmin-amanlıq gətirsin!

Dərin hörmətlə,

 

İrina Viner

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55