Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

02 aprel 2025, 16:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Novruz bayramı münasibətilə Zati-alinizə, Azərbaycan hökumətinə və qardaş xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, ölkənizi və xalqınızı daha böyük tərəqqi və firavanlığa doğru aparmağı davam etdirməkdə uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq, qardaşlıq və hörmətə əsaslanan münasibətləri gücləndirmək istəyimi ifadə edirəm.

Cənab Prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

 

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq

Təşkilatı İcraiyyə Komitəsinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55