Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysdan

02 aprel 2025, 16:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) adından Zati-alinizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, Sizə xoş arzularımı çatdırıram. Novruzun xalqınıza bol ruzi-bərəkət, xoşbəxtlik və əmin-amanlıq gətirməsini diləyirəm.

Novruz bayramı birlik və həmrəylik ruhunda Azərbaycanda və dünyanın bir çox ölkəsində ailələri, dostları və icmaları bir araya gətirir. İnsanlar baharın gəlişini, təbiətin oyanışını gözəl ənənələrlə qeyd edir, bu hadisənin mədəni əhəmiyyətinə mühüm önəm verirlər.

Cənab Prezident, icazə verin bu xoş fürsətdən istifadə edərək
OPEC-ə və Azərbaycan Respublikasının təsisçi üzvü olduğu qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə və ölkənizə təşəkkürümü bildirim. Zati-alinizin müdrik rəhbərliyi ilə Azərbaycan əsas tərəfdaşımızdır və biz ümumi məqsədlərimizə nail olmaq istiqamətində dialoqumuzun və əməkdaşlığımızın genişləndirilməsində dəstəyiniz və məsləhətlərinizdən faydalanmağa davam edəcəyik.

Sizə bir daha ən xoş arzularımı bildirir, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Haysam Əl-Qays

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi

SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56