Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

02 aprel 2025, 12:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, Əziz Qardaş.

Sizə, yaxınlarınıza və qardaş Azərbaycan xalqına sevimli Novruz bayramı münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Novruz bayramı baharın gəlişini, yeni başlanğıcları, harmoniyanı və ümidi simvolizə edir. Bu bayram, həmçinin bizə dostluq bağlarını yeniləmək və arzularımızı bölüşmək üçün əlverişli imkan yaradır.
Bu ruhda mən Pakistanın qardaşlıq əlaqələrimizi qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yönəltməklə bağlı güclü öhdəliyini bir daha təsdiqləyirəm.

Zati-aliləri, bu ilin fevralında gözəl ölkənizə səfərim zamanı Sizinlə səmimi və məhsuldar görüşlərimi məmnuniyyətlə xatırlayıram. Zati-alinizi İslamabadda görməyə böyük ümid bəsləyirəm.

Hörmətlə,

 

Məhəmməd Şahbaz Şərif

Pakistan İslam Respublikasının Baş naziri

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05