Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

01 aprel 2025, 18:16

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Maldiv Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimizi çatdırırıq.

Ramazan ayı mənəvi yenilənmə, düşüncə və birlik dövrüdür, insanları imana, mərhəmətə və xeyirxahlığa ilhamlandıran aydır.
Bu müqəddəs ayın başa çatmasını qeyd etdiyimiz vaxtda qoy bu bayram bizim dostluq əlaqələrimizi, əməkdaşlığımızı daha da möhkəmləndirsin, ölkələrimizə əmin-amanlıq və firavanlıq gətirsin.

Dua edirəm ki, Uca Allah Zati-alinizə və Azərbaycan xalqına sonsuz ruzi-bərəkət bəxş etsin. Bu Ramazan bayramında Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzu edirəm.

Həmçinin bu xoş fürsətdən istifadə edib İordan çayının qərb sahilində və Qəzzada fələstinlilərin iztirablarının yüngülləşdirilməsi və Fələstin xalqının öz müqəddəratını təyinetmə və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılması işinə ədalətli və davamlı həll yolunun təmin edilməsi məqsədilə İslam ümmətini səylərimizi birləşdirməyə çağırıram.

Hörmətlə,

 

Məhəmməd Muizzu

Maldiv Respublikasının Prezidenti

SƏNƏDLƏR Fərmanlar 02 aprel 2025
16:24
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ...

02 aprel 2025, 16:24