21:16

Hörmətli həmvətənlər!
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı artıq başa çatmaqdadır. Bu ayda müsəlmanlar Allah və din qarşısında öz vicdani borclarını daha dolğun yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissi ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər. Ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərlə həmrəy olduğumu bildirir, dualarınızın Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.
Əziz bacı və qardaşlarım!
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Bu mübarək bayram münasibətilə hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 06 sentyabr 2010-cu il
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı...
05 mart 2025, 18:05Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”...
04 mart 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin...
04 mart 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət...
04 mart 2025, 15:54Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının...
03 mart 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru...
03 mart 2025, 16:04