22:30
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli, 27 dekabr tarixli 114-VIIQD və 115-VIIQD nömrəli qanunları) 228-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 228. Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə –
iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.2. Bu Məcəllənin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə;
228.2.2. təkrar törədildikdə;
228.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.3. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma –
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.4. Bu Məcəllənin 228.3-cü maddəsində nəzərdə tutulmuş əməllər:
228.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
228.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
228.4.3. təkrar törədildikdə;
228.4.4. mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə –
beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.5. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla –
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.”.
Maddə 2. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137 (Cild I); 2024, № 5 (I kitab), maddə 488; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 7-ci maddənin II hissəsinə “mülki silah” sözlərindən sonra “(odlu silah istisna olmaqla)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır.”;
2.2. 18-ci maddənin I hissəsinin 3-cü bəndində “üçüncü” sözü “dördüncü” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2025-ci il
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...
08 may 2025, 16:272025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin...
08 may 2025, 16:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
08 may 2025, 16:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
08 may 2025, 16:21Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə...
08 may 2025, 15:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə...
08 may 2025, 13:02Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan...
07 may 2025, 18:28