İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

13 mart 2025, 14:20
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.

Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı.

Jelka Tsviyanoviç COP29 zamanı Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı, COP29 çərçivəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirdi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2026
13:30
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zaur Zey...

07 noyabr 2026, 13:30