Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

11 mart 2025, 16:12

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838 (Cild I); 2024, № 3, maddə 247; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 116-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.0.14-cü maddədə “təhlükə potensiallı” sözləri birinci halda “xüsusi riskli” sözləri ilə, ikinci halda “risk” sözü ilə əvəz edilsin;

1.2. 78-ci maddənin adında, 78.1-ci və 78.2-ci maddələrdə “Təhlükə potensiallı” sözləri “Xüsusi riskli” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 81 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci maddənin birinci hissəsinin dördüncü abzasına “uçulması,” sözündən sonra “dağılması, zədələnməsi,” sözləri əlavə edilsin;

2.2. 2-ci maddənin 1-ci və 3-cü hissələri aşağıdakı redaksiyada verilsin:

“1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.”;

“3. Təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır. Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Maddə 3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli Qanunu) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 1-ci maddəsinə “dövlət” sözündən əvvəl “vahid” sözü əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2025-ci il

SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Müraciətlər 17 sentyabr 2026
10:35
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi m...

17 sentyabr 2026, 10:35
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
16:00
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” orde...

16 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
11:29
Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illiyi münasibətilə qərara alıram:

Auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palat...

16 sentyabr 2026, 11:29
SƏNƏDLƏR Müraciətlər 16 sentyabr 2026
11:28
“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəl...

16 sentyabr 2026, 11:28