Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

10 mart 2025, 13:32

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin:

1. 48.1-ci maddəyə “gənclərə” sözündən sonra “, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara” sözləri əlavə edilsin.

2. 51-ci maddə üzrə:

2.1. 51.2-ci maddənin ikinci cümləsində “digər kateqoriyaya aid” sözləri “kateqoriyadan olan digər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “həmin vətəndaş” sözlərindən sonra “bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 51.2-1-ci maddə əlavə edilsin:

“51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 11 fevral 2026
16:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan...

11 fevral 2026, 16:28