Kamran Kazımov və başqalarından, Lənkəran, Azərbaycan
Möhtərəm cənab Prezident!
Heç kimə sirr deyil ki, Siz hər zaman cəmiyyətin və dövlətin marağında olan təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət vermisiniz, təhsilin inkişafı naminə ciddi problemlərin həllinə yönələn tədbirlər həyata keçirilməsinə nail olmusunuz. Sizin Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyində dediyiniz sözlər daim yaddaşımızdadır: “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı”. Təhsil xərclərinin birinci yerdə olması isə onun nə qədər böyük əhəmiyyətə malik olduğunun göstəricisidir.
Möhtərəm cənab Prezident!
Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində bu gün artıq Azərbaycan təhsili uğurla doğma Qarabağımıza qayıtmışdır. Xankəndi şəhərində müasir dünya təhsil standartlarına cavab verən Qarabağ Universitetinin uzun illik fasilədən sonra yenidən fəaliyyətə başlaması bunun bariz nümunəsidir. İşğaldan azad olunmuş şəhər və rayonlarda yeni tikilib istifadəyə verilmiş ümumtəhsil məktəbləri artıq öz sevimli şagird və müəllimlərinə qucaq açıb. Təhsil sahəsində yuxarıda qeyd etdiyimiz uğurlu inkişaf və aparılan islahatlar doğma Lənkəranımızın dilbər guşəsi olan Yuxarı Nüvədi kəndində də öz bəhrəsini verməkdədir.
Möhtərəm cənab Prezident!
Azərbaycan naminə görülən işlərlə bağlı Yuxarı Nüvədi kənd ictimaiyyəti və ziyalıları adından Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Kamran Kazımov, şəhid atası,
Sideyqə Əkbərova, şəhid anası,
Zeynəb Məmmədova, müəllim,
Elməddin Əkbərov, sahibkar və başqaları (44 nəfər).
Azərbaycan Respublikası, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi.