Kənd əməkçiləri adından, Astara, Azərbaycan
Möhtərəm Prezident!
Astara rayonunun Artupa və ona qonşu olan kəndlərinin ziyalıları, ağsaqqalları və kənd təsərrüfatı məhsulları yetişdirən əməkçiləri adından Sizi salamlayıram.
Azərbaycanın hər bölgəsində, o sıradan Cənub bölgəsində aqrar sektorun inkişafı ilə əlaqədar kənd əməkçilərinə və sahibkarlara göstərdiyiniz diqqət və qayğını təqdir edir və bəyənirik. Beş kəndi birləşdirən Səncərədi inzibati ərazi dairəsinin 2000-ə yaxın təsərrüfatı, 6000-dən yuxarı əhalisi, əkin üçün, özəlliklə daha çox gəlir gətirən sitrusçuluq və çəltikçilik üçün yararlı olan 100 hektarlarla torpaq sahəsi var. Əməkçilərimizə geniş yardım göstərilir. Belə ki, onlara vaxtlı-vaxtında güzəştli qaydada texnika, mineral gübrə və dərmanlar verilir, bunlarla yanaşı, ilbəil verilən subsidiya və yardımların miqdarı artırılır.
Cənab Prezident!
Sitrusçuluq və çəltikçilik ilə məşğul olan Artupa kəndinin rayonda özünəməxsus yeri və rolu vardır. Artupada çəltikçilik surətlə inkişaf edir. Bircə fakt yetər deyim ki, təkcə bu il keçənilkindən iki dəfə çox çəltik əkmişik. "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamınız bölgənin bütün insanlarına, həmçinin Artupa camaatına böyük maddi və mənəvi dayaqdır.
Möhtərəm Prezident!
Astara rayonunda aqrar sahədə çalışan kənd adamlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Kənd əməkçiləri adından hörmətlə,
Məhərrəmov Fəxrəddin Rzaqulu oğlu,
sahibkar, kənd ağsaqqalı
Azərbaycan Respublikası, Astara rayonu, Artupa kəndi.