İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

04 mart 2025, 18:05
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib.

Ölkəmizin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlı qəbul edilən yekdil qərara görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev tamhüquqlu üzv kimi Azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı. Dövlətimizin başçısı D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı yaranandan bəri ona qoşulan ilk ölkənin Azərbaycan olmasından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev bu qərarı, eyni zamanda, üzv ölkələr tərəfindən Azərbaycana göstərilən hörmət və həmin ölkələr arasında böyük dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, D-8 ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur. Azərbaycanın aidiyyəti qurumları ilə təşkilat arasında əlaqələrin yaradılmasının önəminə toxunan dövlətimizin başçısı onun coğrafiyasının Xəzər dənizi və Qafqaz regionuna genişlənməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu xüsusda təşkilatın bölgəyə yaxınlaşmasında regionun mühüm ölkəsi kimi Azərbaycanın rolunu qeyd etdi.

Dövlətimizin başçısı Baş katib İsiaka Abdulqadir İmamın ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın bu təsisata üzv olması və müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırdı. Qonaq, eyni zamanda, COP29-da Azərbaycanın uğurlu sədrliyi ilə bağlı dövlətimizin başçısını təbrik edərək, ölkəmizin sədrliyi çərçivəsində COP29-da iqlim gündəliyi üzrə ciddi qərarların qəbul olunduğunu vurğuladı.

D-8-in dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisat olduğunu deyən Baş katib onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafının dayandığını qeyd etdi. Qonaq əminliyini bildirdi ki, Azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz əsaslı töhfəsini verəcək.

Görüşdə D-8 çərçivəsində enerji, iqlim fəaliyyəti, ticarət, kiçik və orta sahibkarlığın inkişafı, gənclər, media və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

gallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20