Anar Alıyevdən, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz Qərbi azərbaycanlılar olaraq Sizə dərin minnətdarlığımızı ifadə etmək istəyirik.
Azərbaycanın inkişafı, milli birliyi və Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpası istiqamətində göstərdiyiniz səylər və qətiyyətli mövqeyiniz bizim üçün böyük ruh yüksəkliyi mənbəyidir. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Biz illərdir öz dədə-baba torpaqlarımıza qayıtmağın xəyalını qururuq. Tarixi zəfər və ölkəmizin ərazi bütövlüyünün təmin olunması doğma torpaqlarımıza qayıdış arzularımızı daha da gücləndirib. Biz Sizin ətrafınızda daha sıx birləşərək, dövlətimizin və millətimizin inkişafı üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
Sizə minnətdaram, cənab Prezident.
Uca Allah Sizi və Azərbaycanımızı hər zaman qorusun.
Hörmətlə,
Alıyev Anar Elman oğlu.
Azərbaycan Respublikası, Naftalan şəhəri.