Səhnə Quliyevadan, Naxçıvan, Azərbaycan
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı.
Sizə ünvanladığım müraciətimə diqqət göstərdiyiniz üçün fiziki imkanları məhdud ana olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.
Xalqımıza, Vətən keşiyində duran hərbçilərimizə, Vətənimizin azadlığı, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini hər zaman uca tutaraq, onların ailələrinə, övladlarına göstərdiyiniz yüksək diqqət və qayğı bizi məmnun edir. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçı kimi Siz Azərbaycan xalqına əvəzsiz xidmətlər göstərirsiniz.
Şəxsən öz adımdan və bütün hərbçi anaları adından Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Vətənimizin tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Quliyeva Səhnə
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.