Çingiz Təhməzovdan, Cəlilabad, Azərbaycan
Çox hörmətli əziz Prezidentimiz.
Siz doğma yurdumuzun inkişafı və çiçəklənməsi, əhalinin rifahının yüksəldilməsi, güzəranının yaxşılaşdırılması üçün mühüm işlər görür, yeni layihələr həyata keçirirsiniz. Bölgələrə göstərdiyiniz xüsusi diqqət və qayğınız nəticəsində, hər bir şəhər və rayonumuz kimi, Cəlilabad da son illərdə özünəməxsus inkişafa nail olmuşdur. Yeni-yeni sosial-infrastruktur obyektlərinin inşa edilərək istifadəyə verilməsi, küçələrin müasir üslubda abadlaşdırılması, yolların çəkilməsi və əsaslı təmiri, eləcə də digər işlər rayon sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.
İşğaldan azad edilmiş ərazilərimizdə qısa müddətdə görülən böyük işlər də qürurvericidir. Artıq Qarabağda güllə səsi, top-tüfəng səsi deyil, azan səsi, muğam səsi eşidilir. Xoş sədalardan könüllər pərvazlanır, qəlblər sevinir.
Cənab Prezident, doğma Azərbaycanımızın inkişafı və tərəqqisi üçün gördüyünüz işlərə görə xalqımız adından Sizə təşəkkür edir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Allah Sizi qorusun!
Hörmətlə,
Çingiz Təhməzov
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.