25 fevral 2025, 14:34

Toğrul Əsgərovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Respublikamızın bütün bölgələrində olduğu kimi beynəlxalq turizm mərkəzi sayılan Naftalan şəhərində də həyata keçirilən uğurlu işlər regionda işgüzar fəaliyyətin inkişaf etməsinə öz töhfəsini verməkdədir. Əminik ki, sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamınız şəhərimizin iqtisadiyyatına yeni nəfəs gətirəcək, şəhərimizə turist axınının sürətlənməsinə səbəb olacaqdır.

Eyni zamanda, inanırıq ki, şəhərimiz gələcəkdə müalicə turizmi ilə bərabər digər sahələrdə daha da inkişaf edəcək, öz nüfuzunu daha da artıracaqdır. Yorulmaz fəaliyyətinizə və doğma Vətənimizin inkişafına göstərdiyiniz qayğıya görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Uca Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əsgərov Toğrul Etibar oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.