Kəmalə Talıbovadan, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan!
Xalqımızın tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsindən 33 il keçməsinə baxmayaraq, bəşəriyyət tarixində yaşanan bu dəhşətli hadisəni hər zaman ürək yanğısı ilə anırıq.
Uzun illər ərzində Azərbaycan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımını bütün dünya ölkələrinin, beynəlxalq qurumların diqqətinə çatdırsa da, dünyanın həll edə bilmədiklərini 44 günlük Vətən müharibəsində Sizin qətiyyətli mövqeyiniz, düzgün siyasətiniz və komandanlığınız sayəsində Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq həll etdi. Bununla Siz 1992-ci ildə zədələnmiş milli qürurumuzu və ilahi ədaləti bərpa edərək, Azərbaycan xalqının mənəvi irsini, ləyaqətini qoruyaraq tarixi Zəfər sevincini bizə nəsib etdiniz, qəlbimizin yaralarına məlhəm qoydunuz.
Sizin rəhbərliyiniz altında Azərbaycan hər bir sahədə günü-gündən inkişaf edir, Qarabağda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Siz Qarabağımızı qısa zaman ərzində dirçəldərək, düşmənin məhv etdiyi torpaqlarımıza yeni nəfəs vermisiniz, cənnət yaratmısınız.
Əziz Prezidentimiz, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.
Uca Tanrı Sizi və ailənizi qorusun. Amin!
Hörmətlə,
Kəmalə Talıbova
Azərbaycan Respublikası, Bakı şəhəri.