İvanovka kəndinin sakinlərindən, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. İstər siyasi, istərsə də iqtisadi sahədə əldə etdiyimiz bütün uğurlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində respublikamız dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir.
Bir vaxtlar respublikamızın ən inkişaf etmiş təsərrüfatlarından biri olan Nikitin adına kolxozda son zamanlar qabaqcıl istehsal sahələri geriləmiş, səmərəlilik azalmışdı.
İqtisadiyyatımızı gücləndirmək və təsərrüfatda rentabelli inkişafı təmin etmək məqsədilə Nikitin adına kolxozda idarəetmənin təkmilləşdirilməsi, kolxozun fəaliyyətinin səmərəliliyinin artırılması, daha sıx əlaqələndirmə və ardıcıllığın təmin edilməsi məqsədilə Nikita kolxozunun bazasında “İvanovka Aqropark” Açıq Səhmdar Cəmiyyətinin yaradılması məqsədəuyğun hesab edilmişdir.
İnanırıq ki, aqroparkın yaradılması kəndimizin inkişafına, kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək.
Cənab Prezident, İvanovka kəndinin inkişafında göstərdiyiniz yüksək diqqətə və qayğıya görə Sizə dərin hörmət və minnətdarlığımızı bildiririk.
Biz, İvanovka kəndinin sakinləri Sizin müdrik siyasətinizi hər zaman dəstəkləyir, Vətənimizin rifahı naminə şərəfli fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Uryupin Vasiliy,
Vəliyev Telman,
Kazanov Matvey,
Mirzəyev Rauf,
Lyakin Sergey və başqaları (31 nəfər)
Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi.