21 fevral 2025, 15:43

Arif Qazıyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Çalışdığım Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı, onun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq görülən işlər, Sizin açılışını etdiyiniz yeni tədris korpusunun istifadəyə verilməsi universitetin böyük kollektivinin daha səmərəli və məsuliyyətli işləməsinə əsas vermişdir. Bu gün Universitet yeni bir yanaşma ilə məsuliyyətli işini aparmaqdadır. Burada müəllim-tələbə münasibəti, şəffaflıq və tədris prosesinin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində aparılan işlər Sizin kollektiv ilə görüşünüz zamanı verdiyiniz tapşırıqlara əsasən həyata keçirilir. Nəticədə Universitet tələb olunan reytinq cədvəlinə uyğun olaraq irəliləməkdədir.

Cənab Prezident, bizim üçün bu şərait Sizin tapşırığınıza əsasən, qayğınız sayəsində yaradılmışdır. Kollektivin qarşısında qoyduğunuz məsələlərin həlli daim diqqətimizdədir.

Otuz il işğal altında olan torpaqlarımızın Sizin – Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində geri qaytarılması xalqın Sizə olan inam və məhəbbətinin daha da artmasına, əbədiləşməsinə əsas vermişdir.

Bu gün Sizinlə kollektivimizin hər bir üzvü fəxr edir. Xalqımızın xoşbəxt yaşaması uğrunda apardığınız quruculuq işlərinizdə yeni-yeni uğurlar diləyir, Sizə və əzizlərinizə cansağlığı arzulayırıq.

Hörmətlə,

Qazıyev Arif Tofiq oğlu,

Azərbaycan Dövlət Aqrar Universitetinin Biologiya kafedrasının müdiri.

Azərbaycan Respublikası, Gəncə şəhəri.