11 fevral 2025, 14:53

Ağarza Saabovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin tapşırıqlarınız, imzaladığınız sərəncamlar əsasında sadə və zəhmətkeş kəndlilərin neçə-neçə problemi öz həllini tapıb. Biz, Göyçay rayonunun Türkmən kəndinin sakinləri də bunu öz həyatımızda görürük. Kəndimizin yolları əsaslı şəkildə yenidən qurulub, qonşu kəndlərlə və rayon mərkəzi ilə gediş-gəlişimiz xeyli yaxşılaşıb. Bu işlər Sizin Sərəncamınıza uyğun olaraq icra edilib. Buna görə Sizə öz minnətdarlığımızı bildiririk.

İndi kəndimizin ümumi görünüşü daha yaxşıdır. Əvvəlki narahatlıqdan əsər-əlamət qalmayıb. Bu, sakinlərin əhval-ruhiyyəsinə də müsbət təsir edib. İnanırıq ki, yeni yol Türkmən kəndinin iqtisadi və mədəni inkişafına yeni təkan verəcəkdir.

Sizə sonsuz ehtiramımızı bildiririk, cənab Prezident.

Hörmətlə,

Saabov Ağarza.

Azərbaycan Respublikası, Göyçay rayonu, Türkmən kəndi.