13 fevral 2025, 16:45

Samir Cəfərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlərə imza atmış, həm daxildə, həm də beynəlxalq aləmdə böyük uğurlar qazanmışdır. Sizin ölkəmiz üçün atdığınız hər bir addım xalqımızın firavan gələcəyinə, sosial rifahına və Azərbaycanın iqtisadi inkişafına xidmət edir. Azərbaycanın beynəlxalq aləmdə tanınması, ölkəmizin müstəqil siyasətinin gücləndirilməsi, hər bir vətəndaşın sosial rifahı üçün həyata keçirilən islahatlar, habelə Azərbaycanın dünya enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsi Sizə olan yüksək inamı daha da artırır. Bu yolda atdığınız addımlar, heç şübhəsiz, Azərbaycan xalqının gələcəyinə mühüm təsir göstərir. Xüsusilə də COVID-19 pandemiyası dövründə göstərdiyiniz liderlik, həyata keçirilən sosial dəstək proqramları ölkəmizin böhrandan daha az zərərlə çıxmasına səbəb oldu.

Möhtərəm Prezident, Siz daim xalqın yanındasınız, göstərdiyiniz diqqət və qayğı ilə bütün dünyada hörmət qazanmısınız. Bu yolda atdığınız hər bir addım cəmiyyətin daha da inkişaf etməsi və firavanlaşması üçün mühüm əhəmiyyət daşıyır. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanın gələcəyini daha parlaq etmək üçün göstərdiyiniz bütün səylərə görə bir vətəndaş olaraq Sizə təşəkkür edirəm.

Dərin hörmətlə,

Cəfərov Samir, idman ustası, “Qızıl qələm” media mükafatı laureatı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.