Səidə Tağıyevadan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin qayğınızla son illərdə Gəncə şəhərində möhtəşəm memarlıq üslubunda abidələr, muzeylər, parklar, sosial obyektlər tikilib. Nizami yurduna gələn yerli və xarici qonaqlar bu möhtəşəmliyə heyran qaldıqlarını gizlətmir, qısa vaxt ərzində Gəncənin füsunkar görkəm aldığını bildirirlər.
Cənab Prezident, hazırda Sizin tapşırığınızla Gəncədə genişmiqyaslı işlərin yeni mərhələsinə start verilib. Küçələr yüksək zövqlə abadlaşdırılır, binaların xarici görkəmi tamamilə yenilənir, bir sözlə, şəhərin hər yerində böyük təmir-bərpa işləri aparılır.
Bu il Gəncədə keçirilməsi nəzərdə tutulan III MDB Oyunları əminik ki, şəhərimizi bütün dünyaya daha yaxından tanıdacaq.
Əziz Prezidentimiz, Sizə təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün gördüyünüz bütün işlərdə bol-bol uğurlar arzulayırıq.
Hörmətlə,
Tağıyeva Səidə.
Azərbaycan Respublikası, Gəncə şəhəri.