13 fevral 2025, 14:50

Mətanət Sadıxovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün respublikamızın bütün bölgələrində geniş abadlıq-quruculuq işləri həyata keçirilir - yeni parklar salınır, yollara asfalt döşənir, küçələrdə yeni işıq dirəkləri quraşdırılır. Sizin regionlara olan diqqət və qayğınızın nəticəsidir ki, şəhər və rayonlarımız simalarını gündən-günə dəyişir.

Hazırda Sizin göstərişinizlə Gəncə şəhərində aparılan genişmiqyaslı işlər şəhər sakinlərinin böyük razılığına səbəb olub.

Cənab Prezident, biz gəncəlilər Sizin siyasi kursunuzu, atdığınız məqsədyönlü addımları daim dəstəkləyir, doğma Azərbaycanımızın daha da qüdrətli dövlət olması və inkişafı naminə apardığınız möhtəşəm işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Biz Sizinlə fəxr edir, qürur duyuruq.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Sadıxova Mətanət.

Azərbaycan Respublikası, Gəncə şəhəri.