İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşavirini qəbul etmişdir

08 sentyabr 2010, 16:01
İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşavirini qəbul etmişdir

Prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanovu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi və eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.