03 fevral 2025, 15:08

Fikrət İbadovdan, Astara, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Sizə dərin hörmət və minnətdarlıq hisslərimi ifadə etmək istərdim. Sizin fəaliyyətiniz, gördüyünüz işlər, xüsusilə Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması və milli dəyərlərimizin qorunması istiqamətində göstərdiyiniz səylər, eləcə də sağlamlıq imkanları məhdud uşaqlara, digər həssas qruplardan olan insanlara diqqət və qayğınız hər zaman yüksək qiymətə layiqdir. Sizin rəhbərliyinizlə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial, mədəni və humanitar layihələr təkcə ölkəmizin daxilində deyil, beynəlxalq miqyasda da böyük əhəmiyyət daşıyır. Fondun təhsilə, səhiyyəyə və mədəni irsə yönəlmiş proqramları, eləcə də xeyriyyəçilik fəaliyyətləriniz Azərbaycan xalqının ürəyində xüsusi yer tutur. Eyni zamanda, Prezidentimiz cənab İlham Əliyevə göstərdiyiniz dəstək və onun liderliyindəki böyük missiyanı layiqincə tamamlamanız Azərbaycan xanımına xas olan nümunədir. Siz, həqiqətən də, əsl Azərbaycan xanımı olaraq ölkəmizi bütün dünyada şərəflə təmsil edirsiniz. Görülən işlər və qazanılan nailiyyətlər Azərbaycan xalqının gələcəyinə olan inamımızı daha da möhkəmləndirir. Sizin zəhmətiniz və qayğınız sayəsində ölkəmizdə çox mühüm sosial, mədəni və humanitar layihələr həyata keçirilir. Bu əvəzsiz işləriniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

İbadov Fikrət Asəf oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Şahağac kəndi