27 yanvar 2025, 16:40

Günel Məliklidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin ölkənin rifahı, xoşbəxt gələcəyi naminə gördüyünüz işlər milli inkişafa xidmət edir. 2024-cü il 28 dekabr tarixli Sərəncamınızla 2025-ci ili Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan etməyiniz dövlətimizin hüquqi əsaslarının və müstəqilliyinin daha da gücləndirilməsinə yönəlmiş strateji bir addım oldu. Milli dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyətə malik olan bu sənəd ölkə gəncləri tərəfindən böyük rəğbətlə qarşılandı. Bu Sərəncam dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirməklə, hüquq və qanunun aliliyi prinsipinə əsaslanan islahatların davamlı olmasına yol açmaqla bərabər gələcək nəsillər üçün də möhkəm siyasi irs yaratmış olacaq. Sizin sayənizdə "Konstitusiya və Suverenlik İli" kimi tarixə düşən 2025-ci il də qürur dolu şərəfli səhifələrdən olacaq.

Möhtərəm Prezident, Sizin yanvarın 7-də yerli televiziya kanallarına verdiyiniz müsahibədə 2024-cü ildə əldə olunmuş nəticələrin dəyərləndirilməsi gənclər tərəfindən böyük maraqla qarşılanaraq mühüm nailiyyətlərimiz təhlil edilir.

Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi, cənab Prezident, Sizin növbəti böyük qələbəniz idi.

Bu gün əminliklə bir gənc alim olaraq söyləyirəm ki, Siz təkcə dünənin və bu günün deyil, həm də gələcəyin Liderisiniz!

Sizin Azərbaycanı qalib dövlətə çevirmək strategiyanız gənc nəsil və gələcək nəsillər üçün nümunə olub və olacaqdır. Biz gənclər əminik ki, Siz xalqı bundan sonra da öz arxanızca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqsınız.

Cənab Prezident, Siz əsas məqsədinizə nail olmaq üçün dayanmadan çalışdınız və dünyaya qətiyyətli olmaq dərsini verdiniz.

Zaman keçəcək, gələcək nəsillər böyük Qələbəyə doğru aparan yolda nümayiş etdirdiyiniz fədakarlıq, xalqın, dövlətin mənafeyi naminə atdığınız addımlar ilə qürur duyacaq. Azərbaycan gəncləri gələcək yolunu göstərən Prezidentinin ardınca gedir. Çünki onlar bu yola inanırlar.

Hər zaman Sizi böyük inamla izləyən anam və mən Sizə və ailənizə dua edirik. Uca Allah Sizi qorusun.

Cənab Prezident, Sizə apardığınız gərgin fəaliyyətinizdə uğurlar arzulayır, ölkə gəncləri adından dərin minnətdarlığımı bildirirəm.

 

Dərin ehtiramla,

Günel Məlikli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Azərbaycan Respublikası, Bakı şəhəri.