Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

27 yanvar 2025, 14:30

Hörmətli Aleksandr Qriqoryeviç.

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.

Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 27 yanvar 2025-ci il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55