18:06
Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət...
16 aprel 2025, 18:06Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci maddənin birinci hissəsinin “a” bəndinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.”;
1.2. 16-cı maddənin birinci hissəsinin “a” bəndinin üçüncü abzasında “oxumaq” sözü “təhsilini davam etdirmək” sözləri ilə əvəz edilsin;
1.3. 26-cı maddə üzrə:
1.3.1. mətni birinci hissə hesab edilsin;
1.3.2. birinci hissə üzrə:
1.3.2.1. birinci abzasda “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı” sözləri ilə əvəz edilsin;
1.3.2.2. “b” bəndinə hər üç halda “təhsil” sözündən sonra “və ya orta ixtisas təhsili” sözləri əlavə edilsin;
1.3.2.3. “v” bəndində “bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar” sözləri “tam orta təhsilli və bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular” sözləri ilə əvəz edilsin;
1.3.3. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Bu maddənin birinci hissəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır.”;
1.4. 32-ci maddə üzrə:
1.4.1. birinci hissənin “v” bəndində “oxumaq” sözü “təhsilini davam etdirmək” sözləri ilə əvəz edilsin;
1.4.2. altıncı hissədə “oxumaq” sözü “təhsilini davam etdirmək” sözləri ilə, “hərbi məktəb, gizir, miçman məktəbləri (hərbi hissə komandirləri)” sözləri “hərbi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
1.5. 38-ci maddənin birinci hissəsi üzrə:
1.5.1. “e” bəndində “tam orta” sözləri “orta ixtisas” sözləri ilə və həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.5.2. aşağıdakı məzmunda “j” bəndi əlavə edilsin:
“j) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla.”;
1.6. 53-cü və 54-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“53. “Kiçik gizir” və “kiçik miçman” hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin “a”, “b”, “q” və “e” bəndlərinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən orta ixtisas təhsilli şəxslərə və bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin “v” bəndinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən tam orta təhsilli şəxslərə verilir;
54. “Gizir” və “miçman” hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin “a”, “q” və “e” bəndlərinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən ali təhsilli şəxslərə, bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin “j” bəndinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən orta ixtisas təhsilli şəxslərə, həmçinin “gizir”, “miçman”, “baş gizir”, “baş miçman” rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunmuş və növbəti hərbi rütbə verilməsinə layiq olan kiçik gizir və kiçik miçmanlara verilir.”;
1.7. 75-ci maddənin ikinci hissəsində “Gizir” sözü “Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini və gizir” sözləri ilə əvəz edilsin;
1.8. 132-ci maddənin birinci hissəsinə “görə” sözündən sonra “gizir (miçman) və ya” sözləri əlavə edilsin;
1.9. aşağıdakı məzmunda 150-1-ci maddə əlavə edilsin:
“150-1. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantlar, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6–41.0.8-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və həmin Qanunun 42.0.3-cü və 42.0.5-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlər və gizirlər (miçmanlar) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 42-1-ci maddəsinə uyğun olaraq ödəməlidirlər.”.
Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 28.4-cü maddə üzrə:
2.1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.”;
2.1.2. ikinci cümləyə “ali təhsil” sözlərindən sonra “və ya orta ixtisas təhsili” sözləri əlavə edilsin;
2.2. 36-cı maddə üzrə:
2.2.1. 36.1.2-ci maddəyə hər üç halda “təhsil” sözündən sonra “və ya orta ixtisas təhsili” sözləri əlavə edilsin;
2.2.2. 36.1.3-cü maddəyə “çavuşlar,” sözündən sonra “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular,” sözləri əlavə edilsin;
2.2.3. “Qeyd” hissənin mətni 2-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 1-ci bənd əlavə edilsin:
“1. Bu Qanunun 36.1.2-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır.”;
2.3. aşağıdakı məzmunda 42-1-ci maddə əlavə edilsin:
“Maddə 42-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi
42-1.1. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantlar, habelə bu Qanunun 41.0.6-41.0.8-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və bu Qanunun 42.0.3-cü və 42.0.5-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlər və gizirlər (miçmanlar) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəməlidirlər. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
42-1.2. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi bu Qanunun 42-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda bağlaşmada nəzərdə tutulur.
42-1.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclər bu Qanunun 42-1.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada nəzərdə tutulmuş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2024-cü il
Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət...
16 aprel 2025, 18:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...
16 aprel 2025, 17:08Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...
15 aprel 2025, 15:41Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...
15 aprel 2025, 15:39Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan...
15 aprel 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil...
14 aprel 2025, 11:18PDF yükləyin
14 aprel 2025, 11:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
14 aprel 2025, 11:14Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda...
14 aprel 2025, 11:12