23 yanvar 2025, 18:00

İdris Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Bakı şəhəri “Alov” xristian dini icması olaraq Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə verdiyiniz dəyərə görə dərin minnətdarlığımızı ifadə edirik. Sizin rəhbərliyinizlə həyata keçirilən siyasət, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin qorunmasına böyük töhfə verir.

Xristian dini icmamıza ayrılan maddi dəstək bizə icma fəaliyyətimizi daha da genişləndirmək, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və xeyirxah işlərimizə davam etmək üçün əlavə imkanlar yaradacaq. Bu dəstək, yalnız icmamız üçün deyil, həm də cəmiyyətimizdə birlik və həmrəylik prinsiplərinin möhkəmləndirilməsi baxımından yox qiymətlidir.

Sizin tolerantlıq və multikulturalizm dəyərlərini dəstəkləyən siyasətiniz müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirir. Bu, həm ölkəmizin daxilində, həm də beynəlxalq arenada Azərbaycanın nüfuzunun daha da artmasına səbəb olur.

Sizə bu nəcib təşəbbüsünüz üçün təşəkkür edir və gələcək işlərinizdə uğurlar diləyirik. Biz, xristian dini icması olaraq, xalqımıza göstərdiyiniz xidmətlərə görə Allaha şükür edir və daim dualarımızda Sizə, ailənizə sağlamlıq, hikmət və uğurlar arzulayırıq. Allahdan diləyimiz, odur ki, Sizin rəhbərliyiniz altında ölkəmiz daha da inkişaf etsin və sülh, əmin-amanlıq və birlik həmişə hökm sürsün.

Dərin hörmətlə,

Məmmədov İdris, “Alov” xristian dini icmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.