Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovdan

29 dekabr 2024, 18:58

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində baş verən faciə ilə əlaqədar peterburqlular adından həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Onlara bu əvəzolunmaz itkinin ağrı-acısının öhdəsindən gəlmək üçün mənəvi güc, mətanət və dözüm arzulayır, bütün yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm.

Bu ağır günlərdə dost Azərbaycan xalqının dərdinə şərik olur və dəstəyimi ifadə edirəm.

Hörmətlə,

 

Aleksandr Beqlov

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55