Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

29 dekabr 2024, 17:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 55-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 259-cu maddə üzrə:

1.1.1. adında “ağac” sözü “olaraq ağacları, kolları və ya digər yaşıllıqları” sözləri ilə əvəz edilsin;

1.1.2. 259.1-ci maddənin dispozisiyasında “Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların” sözləri “Ağacların” sözü ilə əvəz edilsin;

1.1.3. 259.1-ci maddənin sanksiyasında “beş min manatdan yeddi min manatadək miqdarda” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında” sözləri ilə, üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilsin;

1.1.4. 259.2-ci maddənin sanksiyasında “yeddi min manatdan doqquz min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək” sözləri ilə əvəz edilsin;

1.1.5. 259.3-cü maddənin sanksiyasında “doqquz min manatdan on bir min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək” sözləri ilə əvəz edilsin;

1.1.6. aşağıdakı məzmunda 259.4-cü maddə əlavə edilsin:

“259.4. Bu Məcəllənin 259.1 – 259.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”;

1.1.7. “Qeyd” hissəsinin 1-ci və 2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“1. Bu Məcəllənin 259-cu və 260-cı maddələrinin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

2. Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.”;

1.2. 260-cı maddə üzrə:

1.2.1. adında “Meşələri və” sözləri “Ağacları, kolları və ya” sözləri ilə əvəz edilsin;

1.2.2. 260.1-ci maddənin dispozisiyasında “meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və” sözləri “ağacları, kolları və ya” sözləri ilə əvəz edilsin və həmin maddənin dispozisiyasına “zədələmə” sözündən sonra “xeyli miqdarda ziyan vurmaqla törədildikdə” sözləri əlavə edilsin;

1.2.3. 260.1-ci maddənin sanksiyasında “min manatdan iki min manatadək miqdarda” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında” sözləri ilə əvəz edilsin;

1.2.4. 260.1-1-ci maddənin sanksiyasında “iki min manatdan dörd min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək” sözləri ilə əvəz edilsin;

1.2.5. aşağıdakı məzmunda 260.1-2-ci və 260.4-cü maddələr əlavə edilsin:

“260.1-2. Bu Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

“260.4. Bu Məcəllənin 260.2-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.2.6. 260.2-ci maddənin dispozisiyasında “meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və” sözləri “ağacları, kolları və ya” sözləri ilə əvəz edilsin;

1.2.7. 260.2-ci maddənin sanksiyasında “iki min manatdan üç min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək” sözləri ilə əvəz edilsin;

1.2.8. 260.3-cü maddənin sanksiyasında “üç min manatdan yeddi min manatadək miqdarda” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 43.1-ci maddəyə “272.3,” rəqəmlərindən sonra “272-1, 274.4, 274-1,” rəqəmləri əlavə edilsin;

2.2. 253-cü maddə üzrə:

2.2.1. adında “Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların” sözləri “Ağacların” sözü ilə əvəz edilsin;

2.2.2. 253.2-ci, 253.3.1-ci, 253.3.2-ci, 253.3.3-cü, 253.4-cü, 253.5.1-ci, 253.5.2-ci və 253.5.3-cü maddələrin dispozisiyasında “kol əkililərinin” sözləri “kolların” sözü ilə əvəz edilsin;

2.2.3. aşağıdakı məzmunda 253.6-cı maddə əlavə edilsin:

“253.6. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə –

fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”;

2.2.4. “Qeyd” hissəsi üzrə:

2.2.4.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir.”;

2.2.4.2. 3-cü bənddə “kol əkililərinin” sözləri “kolların” sözü ilə əvəz edilsin;

2.3. 253-1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“253-1.2. Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə –

vəzifəli şəxslər beş min manat miqdarında cərimə edilir.”;

2.4. 272-ci maddə üzrə:

2.4.1. adında “ov” sözü “ya ov etmək” sözləri ilə əvəz edilsin;

2.4.2. 272.3-cü maddənin dispozisiyasında “Ov” sözü “Balıq və digər su bioresurslarının ov etmək” sözləri ilə əvəz edilsin;

2.4.3. 272.3-cü maddənin sanksiyasından birinci halda vergül işarəsi çıxarılsın;

2.4.4. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd. Bu Məcəllənin 272-ci və 272-1-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”;

2.5. aşağıdakı məzmunda 272-1-ci və 274-1-ci maddələr əlavə edilsin:

“Maddə 272-1. Ov etmək qaydalarının pozulması

Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə –

inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.”;

“Maddə 274-1. Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsi

Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə –

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”;

2.6. 274-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi

274.1. Heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə –

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

274.2. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə –

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

274.3. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda –

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

274.4. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda –

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”;

2.7. 291-ci maddə üzrə:

2.7.1. adına “daxil edilmiş” sözlərindən sonra “və ya xüsusi mühafizə olunan” sözləri əlavə edilsin;

2.7.2. dispozisiyasına “xüsusi” sözündən əvvəl “ya” sözü əlavə edilsin;

2.7.3. sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42