İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Libermandan

27 dekabr 2024, 18:37

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident cənab İlham Əliyev.

“İsrail Bizim Evimizdir” partiyası adından və şəxsən öz adımdan Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin faciəvi şəkildə həlak olmaları ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Biz Azərbaycan xalqı ilə birlikdə kədərlənirik.

Bütün yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.

Hörmətlə,

 

Aviqdor Liberman

İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir”

partiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55