Əlahəzrət,
Əziz qardaşım,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Əlahəzrət, bu xoş gündə Sizə Allah Təaladan möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 noyabr 2012-ci il.