Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan

24 dekabr 2024, 18:33

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz böyük atanızın - Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, dünya miqyaslı görkəmli siyasi xadim, təcrübəli Ali Baş Komandan, doğma torpaqları azad edən və haqq-ədalət uğrunda mübarizədə qalib olan əsl lider kimi haqlı olaraq bütün Azərbaycan xalqının ən dərin hörmətini və hərtərəfli dəstəyini qazanmısınız.

Sizin müdrik siyasətiniz və qətiyyətiniz, qlobal strateji təfəkkürünüz və ölkənizə olan sonsuz məhəbbətiniz sayəsində Azərbaycan davamlı şəkildə inkişaf edir, dünya siyasətində mühüm mövqe tutur, Rusiya ilə tərəfdaşlıq əlaqələri daim genişlənir.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən nailiyyətlər, bol sevinc və nikbinlik, bütün planlarınızın həyata keçməsini arzulayıram.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

 

Mixail Qusman

Dünya Xəbər Agentlikləri Şurasının vitse-prezidenti, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, Rusiya Dövlət mükafatı laureatı, Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi, professor

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55