Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

24 dekabr 2024, 14:36

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından təbrik edim və Zati-alinizə ehtiramımı bildirim.

Siz dünyaya lider kimi gəlmisiniz, mükəmməl siyasi xadim, strateqsiniz, eyni zamanda, mətanət, müdriklik və məsuliyyət örnəyisiniz. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə həm regional, həm də beynəlxalq səviyyədə sabitlik amilidir. Sizin balanslaşdırılmış daxili və xarici siyasətiniz sayəsində ölkə ictimai-siyasi və sosial-iqtisadi inkişafın bütün sahələrində mühüm nailiyyətlər əldə edir.

Bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq, tükənməz enerji, yeni qələbələr və nailiyyətlər arzu edirəm.

Azərbaycan Respublikası ilə Qaqauziya arasında əməkdaşlığın inkişafı Qaqauz Muxtariyyətinin rəhbərliyi üçün mühüm və perspektivlidir. Sevindirici haldır ki, bu gün bu əməkdaşlıq qarşılıqlı fəaliyyət sayəsində uğurla genişlənir və möhkəmlənir, yeni məzmunla zənginləşir.

Sizi əmin edirik ki, biz bütün sahələrdə hərtərəfli tərəfdaşlığı təmin etmək və əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyin cari vəzifələrini həyata keçirmək üçün bütün səylərimizi göstərəcəyik.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək Sizə ən yüksək ehtiramımı bildirirəm.

Dərin hörmətlə və ən xoş arzularla,

 

Yevgeniya Qutsul

Moldova Respublikasının Qaqauziya Muxtar
Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20